Creator prompt
The idea behind this presentation
MASTER PROMPT — PREMIUM 3D MOTION PRESENTATION
Mövzu: Daşınmaz əmlaka və tikintiyə investisiya
Sən beynəlxalq səviyyəli təqdimat dizayneri, 3D motion designer, art-direktor, iqtisadiyyat üzrə akademik mütəxəssis və vizual hekayə anlatıcısısan.
Mənim üçün universitet səviyyəsində, lakin beynəlxalq investisiya şirkətinin təqdimatı qədər peşəkar, estetik, orijinal və yüksək keyfiyyətli animasiyalı təqdimat hazırla.
Bu, adi PowerPoint təqdimatı OLMAMALIDIR. Mən standart slayd şablonları, internetdən götürülmüş şəkillər, fotoşəkillər, həddindən artıq mətn və qarışıq dizayn istəmirəm.
Təqdimat tamamilə xüsusi hazırlanmış 3D illüstrasiyalar, 3D memarlıq obyektləri, hərəkətli qrafiklər, zərif animasiyalar və vahid vizual konsepsiya əsasında qurulmalıdır.
ƏSAS MƏQSƏD: Təqdimatı izləyən müəllimlər və münsiflər ilk slayddan sonuncu slayda qədər dizaynın keyfiyyətini, yaradıcı yanaşmanı və mövzunun vizual izahını hiss etməlidirlər. Təqdimat yadda qalan, lakin göz yormayan və akademik məzmununu itirməyən iş olmalıdır.
---
1. ÜMUMİ DİZAYN KONSEPSİYASI
Təqdimatın adı:
REAL ESTATE INVESTMENT
Daşınmaz əmlaka və tikintiyə investisiya
Dizayn istiqaməti:
Luxury Minimalism + Architectural 3D + Cinematic Motion Design.
Vizual atmosfer:
- Sakit və zövqlü.
- Premium və bahalı görünüş.
- Minimalist və müasir.
- Memarlıq və investisiya estetikasına uyğun.
- Akademik, lakin darıxdırıcı olmayan.
- Peşəkar beynəlxalq investisiya təqdimatı səviyyəsində.
Təqdimatın bütün slaydlarında vahid dizayn dili qorunmalıdır. Hər slayd fərqli kompozisiyaya malik ola bilər, lakin rənglər, 3D obyektlərin üslubu, işıqlandırma, şriftlər və vizual estetika bir-biri ilə tam uyğunlaşmalıdır.
2. RƏNG PALETİ — ÇOX VACİB
Yalnız aşağıdakı üç əsas rəngdən istifadə et:
1. Tünd bordo — #542B3A
2. Dərin meşə yaşılı — #193B32
3. Süd rəngi / isti açıq krem — #F2EEE6
Rənglərin istifadəsi:
- Əsas fonlarda süd rəngi və ya dərin meşə yaşılı istifadə oluna bilər.
- Bordo rəngi başlıqlar, vacib göstəricilər və vurğular üçün istifadə et.
- Meşə yaşılı rəngi əsas vizual elementlərdə, memarlıq modellərində və məlumat bloklarında istifadə et.
- Açıq fonlarda tünd bordo və meşə yaşılı mətnlərdən istifadə et.
- Tünd fonlarda süd rəngli mətnlərdən istifadə et.
QADAĞANDIR:
- Neon rənglər.
- Parlaq qırmızı, narıncı, sarı və elektrik mavisi.
- Göy qurşağı rəngləri.
- Hər slaydda fərqli rəng palitrası.
- Həddindən artıq gradient.
- Parlaq qızılı effektlər.
- Göz yorucu kontrastlar.
- Lazımsız dekorativ rəngli elementlər.
Bütün 3D obyektlər də məhz bu palitraya uyğun material və teksturalarla yaradılmalıdır. Məsələn, bordo fasadlı bina, meşə yaşılı memarlıq elementləri, krem rəngli torpaq maketi və s.
3. 3D VİZUAL DİZAYN
Təqdimatda HEÇ BİR REAL FOTOŞƏKİLDƏN İSTİFADƏ ETMƏ.
Bütün vizuallar xüsusi hazırlanmış 3D render, 3D modellər, izometrik memarlıq illüstrasiyaları və 3D animasiyalar olmalıdır.
İstifadə ediləcək vizual texnikalar:
- 3D isometric architecture.
- Minimalist 3D building models.
- Exploded-view architectural illustrations.
- 3D land plots.
- 3D skyscrapers.
- 3D apartment models.
- 3D construction stages.
- 3D financial diagrams.
- Animated investment flowcharts.
- Minimalist 3D maps.
- 3D geometric shapes.
- Smooth camera movements.
- Subtle object transitions.
3D obyektlər:
- Həddindən artıq detallı və qarışıq olmamalıdır.
- Sadə, təmiz, müasir və zövqlü görünməlidir.
- Həqiqi memarlıq proporsiyalarına uyğun olmalıdır.
- Oyuncaq və ya uşaq animasiyası təsiri yaratmamalıdır.
- Peşəkar memarlıq studiyasının 3D vizualları kimi görünməlidir.
- Hər slaydda mövzuya xidmət etməlidir.
İşıqlandırma yumşaq, kölgələr təbii, materiallar mat və premium olmalıdır. Həddindən artıq parıltılı, metalik və plastik görünüşdən qaç.
4. ANİMASİYA VƏ HƏRƏKƏT
Bu təqdimat statik şəkillər toplusu olmamalıdır.
Hər slaydda mövzuya uyğun hərəkət olmalıdır.
İstifadə et:
- Smooth zoom-in və zoom-out.
- Slow camera pan.
- 3D object rotation.
- Building assembly animation.
- Layer-by-layer reveal.
- Morph transitions.
- Animated number counters.
- Animated diagrams.
- Smooth object transformation.
- Parallax depth effects.
- Subtle fade transitions.
Animasiya qaydaları:
- Hərəkətlər sakit və axıcı olsun.
- Hər element eyni anda hərəkət etməsin.
- Lazımsız uçuş, sıçrayış və fırlanmalardan istifadə etmə.
- Keçidlər bir-birini tamamlasın.
- Hərəkət məlumatı izah etməyə kömək etsin.
- Slaydlar arasında vizual davamlılıq yaransın.
Məsələn, bir slaydda torpaq sahəsi göstərilirsə, növbəti slaydda həmin torpaq üzərində bina mərhələli şəkildə tikilə bilər. Bu, təqdimatın vahid hekayə kimi görünməsini təmin etsin.
5. MƏTN VƏ AKADEMİK MƏZMUN
Mən sənə aşağıda geniş dərs materialı təqdim edəcəyəm.
Bu materialı olduğu kimi slaydlara köçürmə!
Sənin vəzifən:
- Mövzunun bütün əsas bölmələrini əhatə etmək.
- Təkrarları çıxarmaq.
- Əhəmiyyətsiz və mövzudan yayınan cümlələri ixtisar etmək.
- İqtisadi terminləri düzgün saxlamaq.
- Vacib anlayışları sadə və anlaşılan dildə izah etmək.
- Hər slaydda yalnız əsas məlumatları göstərmək.
- Həddindən artıq qısa və səthi təqdimat hazırlamamaq.
- Eyni zamanda slaydları uzun mətnlərlə doldurmamaq.
Mətnlər Azərbaycan dilində, qrammatik cəhətdən düzgün və akademik üslubda olmalıdır.
İngilis dilində yalnız dizayna uyğun kiçik bölmə başlıqları və terminlər istifadə oluna bilər. Əsas izah Azərbaycan dilində olmalıdır.
Mətn dizaynı:
- Böyük və oxunaqlı başlıqlar.
- Qısa, lakin məzmunlu izahlar.
- Vacib terminlər vurğulanmalıdır.
- Rəqəmlər və faizlər vizual olaraq seçilməlidir.
- Hər slaydda maksimum 3–5 əsas məlumat bloku.
- Uzun paraqraflar qətiyyən olmasın.
Mövzunun heç bir əsas bölməsini buraxma.
6. SLAYDLARIN STRUKTURU
Təxminən 15–17 slayd hazırla. Slaydların sayını məzmunun keyfiyyətinə uyğun müəyyənləşdir. Məqsəd slayd sayını artırmaq deyil, mövzunu mükəmməl təqdim etməkdir.
SLAYD 1 — CINEMATIC INTRODUCTION
Başlıq:
REAL ESTATE INVESTMENT
Alt başlıq:
Daşınmaz əmlaka və tikintiyə investisiya
Vizual:
Minimalist 3D torpaq sahəsinin üzərində tədricən yüksələn müasir memarlıq kompleksi.
Animasiya:
Əvvəlcə boş krem rəngli məkan görünsün. Torpaq sahəsi formalaşsın, binalar mərhələli şəkildə yüksəlsin. Kamera yavaş-yavaş yaxınlaşsın. Başlıq zərif şəkildə ekrana gəlsin.
İlk slayd çox təsirli və peşəkar olmalıdır.
SLAYD 2 — DAŞINMAZ ƏMLAK ANLAYIŞI
Başlıq:
Daşınmaz əmlak nədir?
Məzmun:
Daşınmaz əmlak torpaq sahəsini, onun altını və üstünü, eləcə də torpaqla möhkəm bağlı olan bina və qurğuları əhatə edən kompleks maddi obyektdir.
Əsas komponentlər:
- Torpaq.
- Torpağın altı və üstü.
- Bina və qurğular.
- Mülkiyyət hüquqları.
Vizual:
3D exploded-view model. Torpaq, yeraltı hissə, bina və hava məkanı ayrı-ayrı qatlarda göstərilsin.
Animasiya:
Qatlar bir-birindən ayrılıb yenidən birləşsin.
SLAYD 3 — DAŞINMAZ ƏMLAKIN İQTİSADİ MAHİYYƏTİ
Məzmun:
Daşınmaz əmlak həm istifadə və istehlak obyekti, həm də uzunmüddətli investisiya aktividir.
Əsas xüsusiyyətlər:
- Maddi aktiv.
- İstehlak dəyəri.
- Mübadilə dəyəri.
- İnvestisiya potensialı.
Vizual:
Eyni 3D bina iki fərqli formada təqdim edilsin: yaşayış obyekti və gəlir gətirən investisiya aktivi.
SLAYD 4 — DAŞINMAZ ƏMLAKIN 5 FİZİKİ XÜSUSİYYƏTİ
Məzmunu beş vizual hissəyə ayır:
1. Yerdəyişməzlik — əmlakın yerləşdiyi torpaq sahəsi dəyişmir.
2. Unikallıq — hər torpaq sahəsi və obyekt özünəməxsusdur.
3. Məhdudluq — torpaq ehtiyatları məhduddur.
4. Uzunömürlülük — bina və qurğular uzun müddət istifadə olunur.
5. Torpağın daimiliyi — torpaq amortizasiya olunmur.
Vizual:
Beş fərqli 3D obyekt, lakin vahid rəng palitrası və eyni memarlıq üslubu.
SLAYD 5 — İNVESTİSİYANIN SPESİFİK XÜSUSİYYƏTLƏRİ
Məzmun:
Daşınmaz əmlaka investisiya uzunmüddətli xarakter daşıyır və digər maliyyə aktivləri ilə müqayisədə daha aşağı likvidliyə malikdir.
Əsas xüsusiyyətlər:
- Aşağı likvidlik.
- Uzunmüddətli kapital qoyuluşu.
- Bazar və ərazi riskləri.
- Peşəkar idarəetmədən asılılıq.
- İnflyasiyaya qarşı müəyyən dayanıqlılıq.
- Stabil icarə gəliri potensialı.
Vizual:
3D tərəzi və ya iki hissəli müqayisə modeli: fürsətlər və risklər.
SLAYD 6 — İNVESTİSİYA QƏRARINA TƏSİR EDƏN AMİLLƏR
Məzmun:
İnvestisiyadan əvvəl obyektin özü və yerləşdiyi ərazi təhlil edilməlidir.
- Yerləşmə.
- İnfrastruktur.
- Tələb və təklif.
- Obyektin texniki vəziyyəti.
- Gələcək inkişaf potensialı.
- Hüquqi vəziyyət.
Vizual:
3D şəhər maketi. Müxtəlif ərazilər növbə ilə işıqlandırılsın və hər birinin yanında qısa məlumat açılsın.
SLAYD 7 — DAŞINMAZ ƏMLAKDAN GƏLİR
Başlıq:
TWO SOURCES OF RETURN
İki əsas gəlir növünü izah et:
1. Cari renta gəliri — əmlakın icarəyə verilməsi nəticəsində mütəmadi əldə edilən gəlir.
2. Reversiya gəliri — əmlakın gələcəkdə satılması nəticəsində əldə edilən gəlir.
Vizual:
Bir 3D mənzilin iki fərqli gəlir modelinə çevrilməsi.
Birinci animasiya: mənzildən icarə gəlirləri axır.
İkinci animasiya: mənzilin bazar dəyəri artır və satış baş verir.
SLAYD 8 — İNVESTİSİYA HESABLAMASI
Praktiki nümunə:
Əmlakın alış qiyməti: 100 000 AZN.
Aylıq icarə gəliri: 600 AZN.
İllik icarə gəliri: 7 200 AZN.
İllik ümumi gəlirlilik: 7,2%.
Formula:
İllik ümumi gəlirlilik = (İllik icarə gəliri / Əmlakın alış qiyməti) × 100.
Qeyd:
Bu, xalis gəlirlilik deyil. Təmir, vergi, boş qalma və digər xərclər nəzərə alınmayıb.
Vizual:
3D mənzil, yanında animasiyalı maliyyə paneli və böyüyən rəqəmlər.
Bu slayd xüsusilə aydın və vizual cəhətdən güclü olsun.
SLAYD 9 — ƏMLAKIN GƏLİRLİLİYİNƏ TƏSİR EDƏN AMİLLƏR
Məzmun:
- Ərazinin inkişafı.
- Bazar qiymətləri.
- İcarə tələbi.
- Təmir və istismar xərcləri.
- Alış və satış vaxtı.
- Obyektin idarə edilməsi.
Vizual:
Bir əmlakın qiymətinin və gəlir potensialının müxtəlif ssenarilər üzrə dəyişməsini göstərən 3D qrafik.
SLAYD 10 — DAŞINMAZ ƏMLAKIN MALİYYƏLƏŞDİRİLMƏSİ
Məzmun:
Əsas iştirakçılar:
- Şəxsi kapital sahibləri.
- İpoteka kreditorları.
- Əmlak icarədarları.
- Dövlət və bələdiyyə təşkilatları.
Maliyyələşdirmə mənbələri:
- Şəxsi vəsait.
- Bank krediti.
- İpoteka.
- İnvestor və tərəfdaş kapitalı.
Vizual:
3D maliyyə axını. Kapitalın mənbələrdən daşınmaz əmlak layihəsinə, oradan isə gəlirə çevrilməsi göstərilsin.
SLAYD 11 — DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ
Məzmun:
Qiymətləndirmə daşınmaz əmlakın müəyyən tarixdə pul ifadəsində dəyərinin müəyyən edilməsidir.
Əsas dəyər növləri:
- Bazar dəyəri.
- İnvestisiya dəyəri.
- Girov dəyəri.
- Sığorta dəyəri.
- Vergi məqsədli dəyər.
İstehlak dəyəri — obyektin istifadəçiyə verdiyi fayda.
Mübadilə dəyəri — obyektin bazarda mübadilə edilə bilən pul ifadəli dəyəri.
Vizual:
3D tərəzi üzərində eyni daşınmaz əmlakın fərqli qiymətləndirmə məqsədləri.
SLAYD 12 — ƏSASLI TİKİNTİ OBYEKTLƏRİ
Məzmun:
Kapital tikinti obyektləri funksional təyinatına görə dörd əsas qrupa ayrılır:
1. İctimai binalar.
2. Yaşayış binaları.
3. Sənaye binaları.
4. Kənd təsərrüfatı təyinatlı binalar və qurğular.
Vizual:
Dörd müxtəlif 3D bina modeli vahid kompozisiyada göstərilsin.
SLAYD 13 — BİNALARIN TƏSNİFATI
Məzmun:
Yaşayış binaları:
- Fərdi evlər.
- Bloklaşdırılmış evlər.
- Çoxmənzilli binalar.
İctimai binalar:
- Təhsil və səhiyyə.
- İdman və istirahət.
- Ticarət və xidmət.
- İdarəetmə və inzibati obyektlər.
Binalar əhəmiyyətinə, kapitalına, konstruktiv xüsusiyyətlərinə və istismar göstəricilərinə görə dörd sinfə bölünür.
Vizual:
3D memarlıq kataloqu kimi fərqli bina modelləri. Çox mətn istifadə etmə.
SLAYD 14 — ƏSASLI TİKİNTİNİN İQTİSADİ GÖSTƏRİCİLƏRİ
Məzmun:
- Tikinti xərcləri.
- 1 m² tikinti dəyəri.
- Tikinti müddəti.
- İstifadəyə verilən sahə.
- Layihənin iqtisadi səmərəliliyi.
- İnvestisiyanın geriödəmə müddəti.
Vizual:
3D binanın tikinti mərhələləri və yanında iqtisadi göstəriciləri əks etdirən minimal panel.
Əgər konkret rəqəm təqdim edilmirsə, real statistik göstərici uydurma.
SLAYD 15 — YARIMÇIQ TİKİNTİ OBYEKTLƏRİ
Məzmun:
Yarımçıq tikinti obyektləri tikintisi başa çatmamış və təyinatı üzrə istifadəyə verilməmiş obyektlərdir.
Əsas risklər:
- Maliyyə çatışmazlığı.
- Tikintinin dayanması.
- Material və əmək xərclərinin artması.
- Layihənin gecikməsi.
- İnvestisiyanın geri qaytarılmaması riski.
Vizual:
Bir binanın bünövrədən tamamlanmış vəziyyətə qədər mərhələləri. Son mərhələyə çatmayan tikinti modeli.
SLAYD 16 — İNVESTORUN QƏRARI
Bu slayd interaktiv və düşündürücü olsun.
Auditoriyaya üç 3D daşınmaz əmlak variantı göstər:
A — Mərkəzdə yerləşən, baha qiymətli mənzil.
B — İnkişaf edən ərazidə yerləşən, orta qiymətli mənzil.
C — Şəhər kənarında yerləşən, ucuz, lakin infrastruktur riski olan mənzil.
Sual:
"100 000 AZN kapitalınız olsaydı, hansı əmlaka investisiya edərdiniz?"
Variantların üstünlüklərini və risklərini qısa göstər. Heç bir variantı avtomatik ən yaxşı elan etmə. Qərarın investorun məqsədindən asılı olduğunu vurğula.
SLAYD 17 — FINAL
Vizual:
Təqdimatın əvvəlindəki torpaq sahəsi artıq tam formalaşmış müasir 3D memarlıq kompleksinə çevrilsin.
Mərkəzi fikir:
"Daşınmaz əmlak yalnız tikili deyil. O, düzgün idarə olunduqda gəlirə, kapitala və uzunmüddətli iqtisadi dəyərə çevrilən aktivdir."
Son yazı:
THANK YOU
Alt yazı:
Daşınmaz əmlaka və tikintiyə investisiya
Final animasiyası sakit, estetik və yaddaqalan olsun.
---
7. ŞRİFT VƏ TİPOQRAFİYA
Müasir, zərif və oxunaqlı şriftlər seç.
Tövsiyə:
- Başlıqlar: Playfair Display və ya Cormorant Garamond.
- Əsas mətn: Inter və ya Manrope.
Azərbaycan əlifbasının bütün hərflərini düzgün dəstəkləyən şriftlərdən istifadə et.
Başlıqlar iri, mətnlər rahat oxunan ölçüdə olsun.
Slaydlarda mətnlərin yerləşməsi nizamlı və balanslı olmalıdır. Sətirlər bir-birinə çox yaxın olmasın.
8. KOMPOZİSİYA VƏ LAYOUT
Hər slaydda eyni dizaynı təkrarlama.
Alternativ kompozisiyalardan istifadə et:
- Solda mətn, sağda böyük 3D obyekt.
- Mərkəzdə 3D model, ətrafında məlumatlar.
- Tam ekran 3D memarlıq səhnəsi və minimal başlıq.
- İki hissəli müqayisə.
- İzometrik diaqram.
- 3D timeline.
- Minimalist maliyyə paneli.
Boş sahələrdən düzgün istifadə et. Slaydları elementlərlə doldurma.
Bütün obyektlər hizalanmış, aralıqlar balanslaşdırılmış və vizual iyerarxiya aydın olmalıdır.
9. KEYFİYYƏT VƏ TEXNİKİ TƏLƏBLƏR
- Format: 16:9 widescreen.
- Keyfiyyət: yüksək çözünürlük.
- Təqdimat tam redaktə edilə bilən olmalıdır.
- Azərbaycan dilində orfoqrafik səhvlər olmamalıdır.
- Heç bir mətn kəsilməməli və ya ekran xaricində qalmamalıdır.
- 3D obyektlər mövzuya uyğun olmalıdır.
- Bütün slaydlar eyni vizual sistemə tabe olmalıdır.
- Animasiya və keçidlər işlək olmalıdır.
- Təqdimat başqa kompüterdə açılanda da mümkün qədər düzgün görünməlidir.
Əgər PowerPoint faylı yaratmaq imkanın varsa, mənə hazır .pptx faylı təqdim et. Sadəcə slaydların mətnini və ya şəkillərini göndərmə.
Əgər birbaşa animasiyalı PowerPoint yaratmaq mümkün deyilsə, işlək HTML/CSS/JavaScript təqdimatı hazırla. Animasiyalar həqiqətən işləsin, statik görüntü ilə kifayətlənmə. Mümkündürsə, sonradan PowerPoint-ə çevrilə bilən struktur da təqdim et.
10. SON KEYFİYYƏT YOXLAMASI
Təqdimatı bitirməzdən əvvəl öz işini yoxla:
1. Bütün dərs mövzuları əhatə olunubmu?
2. Əsas iqtisadi terminlər düzgün izah edilibmi?
3. Slaydlarda artıq mətn varmı?
4. Bütün 3D vizuallar eyni rəng palitrasındadırmı?
5. Real fotoşəkil təsadüfən istifadə olunubmu?
6. Animasiyalar sakit və peşəkardırmı?
7. Dizayn minimalist və estetikdirmi?
8. Təqdimatın əvvəlindən sonuna qədər vahid hekayə varmı?
9. Rəqəmlər və hesablamalar doğrudurmu?
10. Nəticə adi tələbə təqdimatından fərqlənirmi?
Bu yoxlamalardan keçməyən slaydları yenidən hazırla.
SON TAPŞIRIQ: Mənə sadəcə dizayn ideyası, plan və ya məsləhət vermə. Bütün bu tələbləri tətbiq edərək real, hazır, tam məzmunlu və vizual cəhətdən tamamlanmış təqdimat yarat. Keyfiyyətdən güzəştə getmə. Mənim məqsədim çox rəngli və qarışıq təqdimat deyil; az elementlə möhtəşəm görünən, özünəməxsus 3D memarlıq və investisiya təqdimatıdır.
Aşağıda təqdim etdiyim dərs materialını əsas mənbə kimi istifadə et.